Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Bill Geyts 645 milyon dollarlıq yaxta tikdirir

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts 645 milyon ABŞ dolları qiyməti olan yaxtanın sifariş verib.  Bu, dünyada hidrogen yanacaqla çalışan ilk super-yaxtadır.

“The Guardian” xəbər verir ki, "Aqua" adlı gəmi dayanmadan 6,5 min kilometr gedə bilir.

Bill Geytsin ekoloji və maye hidrogenlə işləyən yaxtanın prototipini Monakodakı şouda gördüyü və çox xoşuna gəldiyi bildirilir.

Hollandiyanın “Sinot” firması tərəfindən hazrılanacaq 113 metr uzunluğa malik yaxtatnın beş göyərtəsində 31 nəfərlik ekipajdan əlavə 15 nəfər qonaq qala biləcək.

“Aqua” yaxtasında yoqa otağı, masaj kabineti, idman zalı, həmçinin kaskad hovuz mövcud olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır