Kefaloniyada qədim Roma gəmisi aşkar edilib
Yunanıstanın Kefaloniya adasında Fiskardo limanı yaxınlığında eramızın birinci minilliyinə aid olan Roma gəmisi aşkar edilib.
Gəmidə 6 min amfora tapılıb. Gəminin hissələri dənizdə batıb. Arxeoloqların məlumatına əsasən, Fiskardo limanı yaxınlığında tapılan gəmilər arasında bu gəmi ən böyüyüdür və limanın qədim zamanlardan əhəmiyyətini təsdiq edir.
Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır