Dünya Çempionatında kruiz gəmilərindən hotel kimi istifadə ediləcək
Qətər 2022-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında üzən hotellərdən istifadə edəcək. Bu məqsədlə “MSC Cruises” ilə müqavilə imzalanıb.
Müqaviləyə əsasən, dünya çempionatını izləyən azarkeşlərin qalması üçün Qətər “MSC Cruises”-dən iki ədəd kruiz gəmisi alacaq.
Gəmilərdən biri 2008-ci ildə tikintisi başa çatan “MSC Europa”dır, ikinci gəmi isə Fransanın “Saint Nazaire” tərsanəsində inşa edilir. Gəmi 2022-ci ildə təhvil veriləcək. Bu gəmilərdə ümumilikdə 4000 kayut olacaq.
Qətər Nəqliyyat və Rabitə Nazirliyi Doha Limanında gəmilərin lövbər atması üçün bir sıra tənzimləmələr həyata keçirdiyini açıqlayıb.
FIFA Dünya Kuboku 2022-ci il noyabrın 21-də Qətərdə keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır