Aralıq dənizinin dərinliyindəki tank böyük marağa səbəb olur
Antaliya valiliyi tərəfindən Göyərçin adası yaxınlığında batırılan tank turistlərin böyük marağına səbəb olur.
1960-cı ildə Amerika Birləşmiş Ştatlarında istehsal olunan tank uzun müddət Türk Silahlı Qüvvələri tərəfindən istismar olunub. 45 tonluq texnika iki il əvvəl – 2017-ci ildə 15 metr dərinlikdə batırılıb.
Tank bölgəyə gələn dalğıc və sualtı həvəskarlarının ən çox görmək istədiyi batıqlar arasında yer alır. Hazırda texnika bir çox dəniz canlısının yuvasına çevrilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır