• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

class="news-title">Səkkizayaqlı dəniz ilbizi dalğıcın ağzında gizlənib

Səkkizayaqlı dəniz ilbizi dalğıcın ağzında gizlənib Hadisə Havay adaları yaxınlığında baş verib. 

Dalğıc Şeyn Braun Oahu adası yaxınlığında kamerası ilə suyun altına enib. Bu zaman gözlənilmədən ona doğru balaca səkkizayaqlı dəniz ilbizi üzüb. Əvvəlcə mollyusk dalğıcın üzünü yoxlayıb, sonra isə onun ağzına soxulub.

Braun düşünüb ki, səkkizayaqlı ilbiz yaxınlıqda olan nəyə görəsə əsəbiləşib. Onun sözlərinə görə, ilbiz ağzında bir neçə saniyə keçirdikdən sonra gizləndiyi yeri tərk edib.

Dalğıc qeyd edir ki, dəniz canlısının onun ağzında çox güclü şəkildə yapışıb qalmağından və onu yaralayacağından qorxub. Lakin hər şey yaxşı bitib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır