• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

İranlı qadın dənizçi: Bu peşə xanımlar üçün 100 faiz uğur vəd edir

İranlı Rahele Tahmasebi Sarvestaninin 33 yaşı var. Hazırda kapitanın ikinci köməkçisi vəzifəsində çalışır.

Rahele 2015-ci ildə Dünya Dənizçilik Günündə “Örnək Dənizçi” adına layiq görülüb. İran Dəniz Təşkilatının “Qadın Dənizçi”si seçilib. Uğurunu ailəsinin dəstəyi, qətiyyəti və dəniz sevgisi ilə əlaqələndirir.

Rahele Tahmasebi Sarvestani hesab edir ki, dənizçi ağıllı olmalı və bütün imkanlarından istifadə etməyi bacarmalıdır. Bununla belə, o, dənizçiliyin çox maraqlı və əyləncəli peşə olduğunu deyir.

“Məni bu sahəyə dostlarımdan biri yönəldib. Əvvəllər çətin olacağını düşündüm. Amma indi dalğaları düzgün şəkildə yarır, gəmini rahat idarə edirəm. Zəhmətim hesabına kapitanın ikinci köməkçisi ola bilmişəm.  İndi ən böyük xəyalım kapitanlıqdır, əminəm ki, bir gün istəyimə çatacam”.

Dənizdə və gəmilərdə qadınların sayının az olduğunu deyən Sarvestani bildirir ki, dənizçi xanım olmaq gözəldir: “Bu peşə qadınlar üçün 100 faiz uğur vəd edir. Mən şəxsən buna nail olmuşam”. 

 

iranli_kadin_denizci_2.jpg

iranli_kadin_denizci_1.jpg

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır