Fotoqrafiya Günü: Dənizçilərin çəkdiyi 9 yaradıcı FOTO
Dənizçilər istedalı insanlardırlar. Onlar həm də gördükləri hər işdən zövq almağı bacarırlar. Elə fotoqrafiya kimi...
Fotoqrafiya dənizçilər arasında geniş yayılmış məşğuliyyət növlərindəndir. Bir çox dənizçi bu işi həm dənizdə, həm də quruda sevə-sevə görür.
Onlar dünyadakı ən heyrətamiz mənzərələrə şahidlik etmək imkanına malik olduqlarından anı yaxalamağı da yaxşı bacarırlar. Buna görə də, dənizçilərdə şəkil çəkmək pis alınmır.
Dənizçilərin müəllifliyi ilə çəkilmiş 9 maraqlı fotonu təqdim edirik. Onların bəzilərini peşəkar fotoqrafların işindən də yaradıcı hesab etmək olar.









Qeyd edək ki, bu gün Ümumdünya Fotoqrafiya Günüdür. 1839-cu il 19 avqust tarixində Fransa höküməti fransız kimyaçısı və ixtiraçısı Lui Jak Mande Daqerin daqerrotipin alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti kimi qiymətləndirdilər. Bu hadisə tarixə Ümumdünya fotoqrafiya günü kimi düşüb. Ümudünya Fotoqrafiya Günü bir çox ölkələrdə qeyd edilir. Azərbaycanda isə bu sahəyə tələbat günü-gündən artmaqdadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır