Qırmızı dənizdə su altında hərbi texnikalardan ibarət ilk muzey açılıb
İordaniyanın Aqaba şəhəri yaxınlığında Qırmızı dənizdə hərbi texnikaların sualtı muzeyi açılıb.
"Seanews.az" xəbər verir ki, muzeydə ümumilikdə 19 eksponat mövcuddur Onlardan səkkizi 20, 11-i isə 28 metr dərinlikdə yerləşdirilib. Muzeydə tanklar, amfibiya gəmiləri, təcili yardım maşınları ilə yanaşı, digər hərbi texnika və silahlar yer alıb.
Aqaba Xüsusi İqtisadi Zonalar Departamentinin verdiyi açıqlamada bildirilib ki, bütün eksponatlar tam təhlükəsizdir. Onlar suya salınmazdan əvvəl ziyanlı maddələrdən təmizləniblər.
Ekspozisiyanı yalnız dalğıclar deyil, həm də qayıq turundan istifadə edən turistlər izləyə bilərlər.
Qeyd edək ki, Aqaba məşhur kurort şəhəridir. İsrailin Eilatı və Misirin Şarm əl-Şeyx şəhəri yaxınlığında yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır