Dənizçilərin təmsilçisi “Səbail” FK Avropa Liqasında ilk oyununu keçirəcək
Bu gün dənizçilərin təmsilçisi "Səbail" klubu futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.
Topaz Premyer Liqasının bürünc mükafatçısı olan “Səbail” avrokuboklarda debüt edəcək. Dənizçilərin təmsilçisi ilk görüşünü evdə keçirəcək.
Paytaxt futbolçuları Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, komanda cavab oyununu iyulun 18-də keçirəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
11 iyul
20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Dunkan Sultana, Teodore Zammit
Dördüncü hakim: Mario Apap
(hamısı Malta)
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı. “ASCO Arena”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır