anik gəmisində tapılan konyak qabı hərraca çıxarı
Titanik gəmisində tapılan konyak qabı hərracda 76 min funt-sterlinqə satılıb. Edvard Kentə məxsus olan qab Viltşayr şəhərində “Henry Aldridge & Son” şirkəti tərəfindən hərraca çıxarılıb. Qeyd edək ki, gəmi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1514 nəfər həlak olub. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır