MSC Bellisima” üçün təntənəli advermə mərasimi keçirilib – FOT
Avropanın öndə gələn kruiz şirkəti “MSC Cruises”-in balansına yeni gəmi daxil edilib. “MSC Bellisima” adlı gəmi üçün təntənəli adlandırma mərasimi keçirilib. Southampton Limanında keçirilən advermə mərasiminə “MSC Group”-un təsisçisi Gianluigi Aponte və şirkətin idarə heyətinin üzvləri ilə yanaşı, Hollywood ulduzu Sofi Loren, digər tanınmış şəxslər və ictimaiyyət nümayəndələri də qatılmışdı. Mərasimdə Sofia Loren donanmanın 14-cü gəmisinə ad verib. Bu gəmidə sərnişinlərə dünyanın ən yaxşı aşpazlarından olan Raymond Blanc Obe xidmət edəcək. “MSC Bellissima” Meraviglia sinifinə aid ikinci gəmidir. Bu gəmilər dünyanın ən müasir avadanlıqları ilə təchiz edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır