nim Xəzərim – FOT
Bütün dünyada bənzəri olmayan Xəzər dənizi ilin, günün, ayın istənilən vaxtı gözəl və heyrətamizdir. Gözəl olur qürub çağı üfüqdən, Batan günəşin şəfəqi düşəndə. Füsunkar bir görkəm alıb, uzanır, Sahil boyu dalğalanan Xəzərim. Bu zaman qırmızı rəngə boyanır, Göy üzündə quştək süzən bulud da, Gəmilər çəkilir limanlarına, Dincəlməyə hazırlaşır Xəzərim. Qağayılar enir yataqlarına, Gümüş rəngli qanadların süzərək. Balıqlar çəkilir suyun dibinə, Yorulmuştək, ağır-ağır üzərək. Yavaş-yavaş günəş sönür yox olur, Qırmızı rəng solur ,batır zülmətə. Gecənin bu sakit qaranlığında, Həzin-həzin nəğmə deyir Xəzərim. Bir az da boylanıb baxır ətrafa, Nigaran-nigaran nəzərləriylə. Arxayın olub, öz sakinlərindən, Rahatca sahildə yatır Xəzərim. FOTO: Cavid Rzayev Şeir: İlham Aslanov