naqqalada üç ton çəkiyə malik tarixi gəmi lövbəri tapı
Çanaqqala vilayətinin Lapseki qəsəbəsi sahillərində yanalma körpüsünün 10 metr yaxınlığında üç ton çəkisi olan tarixi gəmi lövbəri tapılıb. “Seanews.az” xəbər verir ki, lövbəri Lapsekidə gəmilərin yanalma körpüsündəki tikinti işləri yekunlaşandan sonra dəniz dibində üzən dalğıçlar aşkarlayıblar. Dənizdən kranla çıxarılan lövbərin köhnələn hissələri təmizlənərək boyanıb. Çanaqqala valisi Orxan Tavlı və nümayəndə heyəti lövbəri tədqiq edib. Onun təqribən 100 illik tarixi olduğu bildirilir. Lövbər üzrə tədqiqat və rəsmi işlər yekunlaşdıqdan sonra Lapseki gəmi yanalma körpüsünün qarşısında nümayiş etdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır