ımları donanmaya cəlb edir
Seanews.az xəbər verir ki, yaxın gələcəkdə gəmi heyətlərinin yarısı qadınlardan ibarət olacaq. Gəmiçilik sahəsində gender bərabərliyi istiqamətində islahatlar davam edir. Artıq dünyanın bir çox aparıcı gəmiçilik şirkətləri donanmalarına qadınları cəlb edirlər. Bu yaxınlarda Britaniyanın “Maritime UK” təşkilatı “Donanmada qadın” adlı qərar imzalayıb. Artıq təşkilata üzv gəmiçilik şirkətləri gəmilərdə gender bərabərliyinə nail olmaq üçün donanmalara qadınların cəlb olunması ilə bağlı öhdəlik götürüblər. Qeyd edək ki, bir müddət öncə “Donanmada qadın” adlı təşkilat formalaşıb ki, onların üzvləri də xanımlar arasında dənizçilik sahəsi haqqında təbliğat işləri aparırlar. Məlumat üçün bildirək ki, Ukrayna və Rusiya gəmiçilk şirkətləri də gender bərabərliyi istiqamətində bir sıra addımlar atırlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanmalarında da zərif cinsin nümayəndələri az deyil. Sevindirici haldır ki, məhz donanmada işləmək istəyən xanımların sayı ildən-ilə artır.