Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

matros rütbəli pi

1948-ci ilin martında Britaniya “Ametist” adlı patrul gəmisinin kiçik matrosu George Hikinbottom Honq Konq limanında təqribən 1 yaşında pişik tapır.  Simon adlandırdığı pişiyi özü ilə gəmiyə qaldıran George onu yedirdir və müalicə edirdi. Tezliklə pişik sağalır və gəmidəki siçovulları ovlamağa başlayır. Pişik gəmidə ciddi missiyaya sahib idi. Çünki, siçovullar bütün məhsulu məhv edir, tuberkuloz və yatalaq xəstəliyi yaradırdılar. Lakin digər pişiklərdən fərqli olaraq  ovladığı siçovulları gətirərək kapitanın kayutunun qapısının qarşısına qoyurdu. Tezliklə Simon bütün “Ametist” gəmisinin sevimlisinə çevrilir və hətta kapitanın otağında yatmaq şərəfinə nail olur.  1948-ci ilin sonunda “Ametist” Yantszı çayı boyunca Nankin limanına getmək tapşırığı alır. Bu zaman Çin artilleriya əsgərləri gəmiyə atəş açır. Atəş nəticəsində mərmilərdən biri pişiyin yatdığı kapitan kayutuna düşür. Kapitan həlak olsa da, Simon mərmi yarası alır. Ağır yaralanmış pişik çətinliklə göyərtəyə qədər gələ bilir. Çox az insan Simonun yaşayacağına ümid edirdi, ondan 4 mərmi çıxarılmışdı. Lakin artıq bir neçə gündən sonra pişik öz həmişəki missiyasına – gəmidəki siçovulları məhv etmək işinə davam edir. İngiltərəyə geri döndükdə heyət üzvləri mükafatla təltif edilir. Bunlar sırasında pişik Simon da var idi. O Mariya Dikin medalı – heyvanlar üçün hərbi mükafat ilə təltif edilir. Bundan əlavə, ona ali matros rütbəsi də verilir. O, bir müddətlik surrey qraflığında sığınacaqda yerləşdirilir. Elə buradaca infeksiyaya yoluxur və ağır xəstələnir. Bütün səylərə baxmayaraq Simon 28 noyabr 1949-cu ildə ölümə tabe olur. Banker.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır