mış gəmidən tarixi əsərlər tapı
Kırım sahillərindən 40 kilometr aralıda dalğıclar tərəfindən aşkar olunan “General Kotzebue” adlı gəmidə aparılan araşdırmalar zamanı tarixi əsərlər ortaya çıxıb. “Seanews.az” xəbər verir ki, aparılan araşdırmalarda bir çox ticari əşyalar tapılıb. Onlar arasında ən çox diqqət çəkən isə tablo olub. Həmin tablonun o dövrün ən yaxşı rəssamları tərəfindən çəkildiyi ehtimal edilir. Hazırda gəminin qalıqları üzərində araşdırmalar davam etdirilir. Çamurların altında daha çox tablonun qalması bildirilir. Xatırladaq ki, gəminin yeri 10 il əvvəl müəyyənləşib. Elə araşdırmalar da həmin vaxtdan başladılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır