nyada ilk sürücüsüz yanğınsöndürən kater-
Kifayət qədər yüksək büdcəli layihə olmağına baxmayaraq sürücüsüz kater və gəmilərin istismarı bir çox gəmiçilik şirkətlərində geniş vüsət alıb. Seanews.az xəbər verir ki, Norveçin “Kongsberq Maritime” şirkəti infraqırmızı kamera, radar və lidarlarla təchiz edilmiş ilk yanğınsöndürən avtonom kater ərsəyə gətirib. Üzən vasitənin tikilməsinə həmçinin hərbçi mütəxəssislər də cəlb olunublar. Sürücüsüz kater dənizdə yanan obyektə makismal dərəcədə yaxınlaşa bilir. İlk sürücüsüz “RALamander 2000” katerinin uzunluğu 20 metrdir. Onun bütün idarə olunması sahildən və ya digər gəmidən aparılır. Yanğınla mübarizə üçün katerdə üç su şırnağı quraşdırılıb. Kater DP sistemi ilə təchiz olunub ki, buda üzən vasitəyə yanan obyektə maksimal yaxınlaşmağa və suyun üzərində dayanıqlı qalmağa imkan verir. “RALamander 2000” avtonom şəkildə alovun gücünə uyğun olaraq suyun təzyiqini azaldıb və ya çoxalda, eyni zamanda su şırnağının vurma trayektoriyasını dəyişə bilər. Həmçinin kater yedək gəmisi funksiyasını da daşıyır.