Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

qayıq plastik butulkalardan hazırlanıb – FOTO+V

Türkiyənin Muğla şəhərində Şərəf Topçu adlı bir nəfər plastik butulka tullantılarından qayıq hazırlayıb. “Seanews.az” xəbər verir ki, Ş. Topçu əvvəlcə iki ay boyunca küçələrdən plastik butulka toplayıb, daha sonra  onları  balıq toruna bağlayaraq qayıq düzəldib. Təxminən iki metr uzunluğunda olan qayığın hazırlanması zamanı 400 ədəd 1,5, 550 ədəd yarım litrlik butulkadan istifadə olunub. Sahibi ona “Gerdönüşüm” adı verib. Qayıq 5 iyun “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” dənizə endirilib.  Şərəf Topçu bildirib ki, belə bir addım atmaqda  məqsədi ətraf mühiti çirklənməsinə diqqət yönəltmək olub: “İnsanlar ətrafa daha çox plastik qablar, alış-veriş sellofanları, içki butulkaları atırlar. Bunları uşaqlarla birlikdə toplayıram. Bu vərdişi onlara aşılamaq istəyirəm. Gələcəkdə bu işimizi davam etdirməyə çalışacağıq”. “Geridönüşüm” yerli sakinlərin və turistlərin böyük marağına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır