Titanik” gəmisinə aid əşyalar hərraca çıxarı
Əfsanəvi gəmi sayılan “Titanik”-ə aid bəzi əşyalar açıq satışa çıxarılacaq. “Seanews.az”-ın məlumatına görə, hərrac gələn həftə İngiltərədə “Henry Aldridge & Son” hərrac evində baş tutacaq. Satışa çıxarılanlar arasında menyu, məktublar, açıqcalar, sərnişinlərə aid əşyalar və gəmiyə dair fotoşəkillərin olduğu bildirilir. Ən diqqət çəkən əşya isə 17 yaşındakı sərnişin Tomas Muddun “Titanik möhtəşəm bir gəmidit, hərəkətdə olduğunu heç hiss etmirsən” yazdığı açıqcadır. Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci il aprelin 15-nə keçən gecə Nyufaundlend kanada adasından təxminən 600 kilometr aralıda batıb. Gəminin batmasına səbəb isə aysberqlə toqquşması olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır