ncaq gəminin dünya turu – FOT
Şotlandiyada yaşayan 5 və 8 yaşlı iki qardaşın hazırladığı oyuncaq gəmisi bir ildir ki, dünya turuna çıxıb. “Seanews.az” xəbər verir ki, 8 yaşındakı Ollie və 5 yaşındakı Harry gəmini atalarının köməkliyi ilə düzəldiblər. Onlar oyuncaq gəmiyə “Adventure” (Macəra) adını veriblər. Qardaşların gəmisini bəyənən bir şirkət onu GPS sistemi ilə təchiz edib. İçinə isə “Zəhmət olmasa, gəmini tapanlar təkrar dənizə buraxsınlar” mesajını qoyublar. Gəmi ilk dəfə Danimarkada, daha sonra isə Norveç və İsveçdə sahilə çıxıb. “Macəra”nı görənlər fotolarını çəkib sosial şəbəkələrdə paylaşıblar. Ollie ve Harrynin atası Makneil Ferguson deyib ki, uşaqlar kompyuterdən davamlı gəminin yerini təqib edirlər. Hazırda oyuncaq gəmi Cənubi Amerika sahillərindədir. Onu da qeyd edək ki, Ferguson ailəsi “Macəra” üçün “Facebook” səhifəsi də yaradıblar.