Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

adaya kişilər girə bil

Kristina Rot adlı təşəbbüskar qadın Finlandiyada yerləşən adalardan birini alaraq, onu sadəcə qadınların istifadə edəcəyi lüks istirahət məkanına çevirib. “Seanews.az” xəbər verir ki, ada yalnız qadınlara xidmət etdiyindən “Supershe Island” (super qadınların adası) adlandırılıb.   “SuperShe” adasının yaradılmasında əsas məqsəd qadınların canını  kişilərin narahatedici baxışlarından qurtarmaqdır. “Kişilərə düşmən deyiləm, amma onların baxışlarından narahat olan qadınlar çoxdur. Məhz, bu səbəbdən adanı onların üzünə bağladıq”-deyə, Kristina bildirib. Adadan hələlik sadəcə Rotun tanıdığı xanımlar istifadə edə bilir. Yay aylarından isə bütün qadınlar bura gələ biləcək.   Xanımlar adada meditasiya, yoqa və fitnes dərslərinə qatıla biləcək. İstirahətin qiymətləri isə hələlik dəqiqləşməyib. Qadınlar tərəfindən bu addım müsbət qarşılanıb. Kişilərin necə reaksiya verəcəyi isə maraqlıdır…


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır