Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

nizçilikdə üç sirli had

1 “Ourang Medan” 1947-ci ildə Hollandiyaya məxsus “Ourang Medan” gəmisindən qorxunc mesajlar gəlir. Mesajda “Kapitan daxil bütün heyət öldü. Mən də ölürəm” yazılmışdı. Xilasetmə orqanları dərhal gəminin yerini müəyyən edərək, özlərini hadisə yerinə çatdırırlar.  Çağırışlara cavab ala bilməyən xilasedicilər bir neçə əməkdaşın gəmiyə çıxmasını qərara alırlar. Onlar olduqca dəhşətli mənzərə ilə qarşılaşırlar. Bütün heyətin cəsədləri xilasediciləri şoka salır. Hadisənin ən qəribə tərəfi isə cəsədlərin vəziyyəti ilə bağlıydı. Hamısı ağzı üstə yatmış durumda, əlləri ilə yuxarı nəsə işarə edirlər, ağızları açıq və üzlərində qorxu ifadəsi… “Ourang Medan” gəmisi yedəklənərək limana çəkildiyi vaxtda daha bir dəhşət yaşanır. Gəmi anbardakı partlayışla suya qərq olur.  Hadisənin təfərrüatları hələ də məlum deyil.  2 Mary Celeste 5 dekabr 1872-ci ildə Cəbəllütariq boğzında kapitan Morehous “Dei Gratia” gəmisi ilə səfərdə idi. “Mary Celeste” adlı gəmini görən Morehous yaxın dostu kapitan Brigsi salamlamaq üçün xüsusi işarələr verir. Təxminən iki saat davam etdirdiyi işarələrə  qarşılıq almayan  kapitan işlərin yolunda getmədiyini düşünür. Bndan sonra, o dostunun olduğu “Mary Celeste” gəmisinin göyərtəsinə çıxır.  Gəmidə heç kim yox idi. Çirkli nahar qabları, qəhvə stəkanları, yeməklər gəminin anidən tərk edildiyini göstərirdi. Ağlına dəniz quldurlarının hücumu gəldi, amma ortada bir iz yox idi.  Heyətin bütün əşyaları və anbarlarda daşınan yük isə yerində durudu.  Məlumatlara görə, gəmidə kapitan Brigsi ilə yanaşı, onun həyat yoldaşı və iki yaşlı qızı da olub. Daha sonra gəmi sahilə gətirilib. Lakin aparılan araşdırmaların nəticəsi olmayıb.  3 Octavius gemisi 1761-ci ildə İngiltərədən Şimali Alyaskaya səyahət edən “Octavius” adlı gəmidən illərlə xəbər çıxmırmış.  Nəhayət, gəmi 11 oktyabr 1775-ci ildə ovçular tərəfindən tapılır. Lakin,  “Octavius”  tamamilə donmuş vəziyyətdə olur.  Kapitan kayutunda donmuş vəziyyətdə və əlində yazdığı günlüklə tapılır. Günlükdəki son səhifənin tarixi 1762-ci il tarixini göstərirmiş. Gəmiyə nələr olduğu heç vaxt ortaya çıxmayıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır