Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

nizçilik tarixinə adını yazdıran qadınlar –

Dənizçilik tarixi bir-birindən maraqlı hadisələrlə zəngindir. Müharibələr, kəşflər və qəhrəmanlıqlarla dolu bu tarixin əsas oyunçuları isə çox zaman kişilər olub. Qədim dövrlərdə dənizçilik sektorunda qadınlara rast gəlmək mümkün deyildi. Demək olar ki, xanımlarn dənizdə işləməsinə yasaq qoyulmuşdu. Əlbəttə, bunun əsas səbəbi kişilərin fiziki baxımdan güclü olması idi. Çünki, hər şeydən əvvəl səfərlər uzun çəkirdi, bəzən yeməyə qida tapılmırdı. Başqa sözlə, dənizçilikdə şərtlər çox ağır idi. Əsəb, gərginlik, stress və s… O dövrlər gəmilərdə iş yükündən yorulan heyətin etirazlarına tez-tez rast gəlinirdi. Kapitanlar gəmi heyətini ciddi rejimlə idarə edirdilər.  Bundan başqa, fırtınaya düşmə və düşmən hücumuna məruz qalma kimi risklər daha çox idi. Qısacası, bir dənizçinin yaşamı heç də asan deyildi.  Sağ qalmaq böyük cəsarət və güc tələb edirdi.  Elə buna görə də kişilər deyirdilər ki, qadınlar dənizdə işləyə bilməzlər.   Ümumiyyətlə, 20-ci əsrin əvvəlində xanımlar təkcə dənizçilikdən uzaq saxlanmırdı. Onların cəmiyyətdə də mövqeyi çox zəifləmişdi. Bir qadından sadiq həyat yoldaşı və yaxşı ana olmaqdan başqa heç nə gözlənilmirdi. Qadınlar gəmilərə yalnız sərnişin kimi minə bilərdilər. Bu halda belə, onların göyərtəyə çıxmasına icazə verilmirdi. Çünki, göyərtədə qadının olması uğursuzluq əlaməti sayılırdı.  Keçmişdə dənizçi olmaq istəyən qadın kimliyini dəyişmək məcburiyyətindəydi.  Ən əsası həmin xanım kişi formasına girməliydi. Ancaq bu ortaya çıxarsa, onun dənizçilik karyerası başlamadan bitərdi. 16-cı əsrdə belə “dəniz kraliçaları”na ara-sıra rast gəlinirdi. Onları “Əfsanə” adlandırırdılar. Məlumatlara görə, ilk dənizçi qadın Greys Malli olub. O, gənc yaşlarından dənizçiliyə həvəs göstərirmiş. Bir dəfə  atasıyla səfərə çıxmaq istəyib. Bunun üçün uzun saçlarını kəsib. Atasının ölümündən sonra isə ona miras qalan böyük ticarət donanmasının rəhbərliyinə keçib. Lakin 1586-cı ildə onun sirrinin üstü açılır, quldurluqdan günahlar bilinərək, edam cəzası alır. Həmin ərəfədə kraliça  I Elizabete məktub yazır və onunla görüşmək istədiyini bildirir. Greys Malli yalnız bundan sonra bağışlanır. Kişi formasında donanmaya qatılan ən tanınmış dənizçi isə Meri Reddir. Əfsanəyə görə, onun dənizçiliyə gəlməsinin səbəbi həyat yoldaşı tərəfindən atılmağı olub. İki uşağıyla təkbaşına qalan Meri bu yolu məcburiyyətdən seçib. Onun aqibətinin dəqiq necə olduğu bilinmir. Bəzi mənbələrdə həbs edildiyi deyilir. Daha bir dənizçi qadın isə Anna Bnneydir. Elə o da həyat yoldaşının xəyanəti üzündən dənizçiliyi gizli peşə kimi seçib. Pirat olaraq dənizçiliyə gələn Anna daha sonra gəmini ələ keçirməyi bacarıb. Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır