Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

nizçilər arasında yayılmış batil inanc və adət

Qədim zamanlardan dənizçilər arasında bir çox inanc mövcud olub. Bu inanclardan bəziləri yaxşı, bəziləri isə pis əlamət sayılıb. Əlbəttə, bunların əksəriyyəti hər hansı bir elmə əsaslanmayan boş inanclar idi. Bununla belə, bəzi inancların məntiqli görünən tərəfləri də yox deyildi. Məsələn, dəniz tanrısına şərab təqdim etmək səfərin uğurlu keçməsi demək idi. Suya daş atmaq isə dəniz ruhlarına qarşı hörmətsizlik sayılırdı. Bu, dənizin coşmasına da səbəb ola bilərdi. Eynilə göyərtədə tütək çalmaq da güclü küləyin əsməsinin əlaməti hesab edilirdi. Köhnə dənizçilər arasında əsas dirəyin altına gümüş pul qoymaq uğura yozulurdu. Gəmilərin dişi olduğuna inanan dənizçilər göyərtədə qadının olmasını uğursuzluq hesab edirdilər. Çünki, gəmilər bu qadını qısqana bilər, əsəbindən batardı. Əslində isə bu inanc göyərtədə bir qadının dənizçinin diqqətini dağıdacağı və heyət arasında qısqanclığa səbəb olacağından qaynaqlanırdı.  Bununla belə, qədim dövrlədə dənizçilər çılpaq bir qadının dalğaları yatıracağına inanırdılar. Dənizçilər 31 dekabr, aprelin ilk bazar ertəsi, avqustun  ikinci bazar ertəsi günlərini sevmirdilər. Bundan başqa, 13 rəqəmi də uğursuzluq əlaməti sayılırdı. Bu rəqəmi gəmiçilər 12+1 şəklində istifadə edirdilər. Dənizçilər cənazəni xatırlatdığı üçün göyərtədə gül olmasını qəbul etmirdilər. Ölmüş dənizçilərin paltarlarını geyinmək də fəlakət idi. Ümumiyyətlə, dənizdəykən ölümü xatırladan hər şey pisə yozulurdu. Dənizçilər gəmidə boğulmaq kəlməsini istifadə etməkdən qaçırdılar. Onlar elə bilirdilər ki,  bu kəlmə ölüm gətirir. Ölümlə bağlı batil inancların kökündə psixoloji məqamlar dayanırdı. Çünki, davamlı ölümdən danışmaq heyəti depresiyaya sala bilərdi. Qara rəng də ölümlə əlaqələndirilirdi. Ona görə də dənizçilər bu rəngin istifadəsindən qaçırdılar. Hətta əşyaları qara çantada daşımaq belə olmazdı. Qara rəngin tək istisnası pişiklər idi. Qədim dövrlədən bəri bir çoxları tərəfindən uğursuz sayılan pişiklər dənizçilər üçün ən uğurlu heyvan olub. Onlar qara pişiyin dənizdə şans gətirəcəyinə sonsuz inanırdılar. Bundan başqa, dənizçilər pişiklərin davranışına əsasən hava durumunu da təxmin edə bilirdilər. Pişik tüklərini yalayarsa dolu, asqırarsa yağış yağardı, yerində dura bilmirdisə havanın küləkli olacağına işarə idi. Göyərtədəki pişiyin bir dənizçiyə yaxınlaşması uğur əlaməti sayılırdı. Ancaq pişik geri dönərdisə əksi baş verərdi. Buna görə də gəmidə hər kəs pişiyin nazıyla oynayardı. İnanca görə, pişik göyərtdən düşərdisə quyruğundakı sehr sayəsində qorxunc bir fırtına olacaq və gəmi batacaqdı. Dənizçi qadınları isə evlərində qara pişik bəsləyirdilər. Onlar düşünürdülər ki, bu pişik ərlərini qoruyur. Səfər zamanı durna görmək yaxşı, qaranquş görmək isə bədbəxtlik əlaməti idi. Gəminin önündə üzən delfinlər yaxşıya yozulurdu. Xəritələrin olmadığı bir vaxtda bu heyvanların hərəkətləri onlara çox kömək edirdi. Köhnə dənizçilər səfərdən öncə özlərinə şans diləmələrini də pis işarə olaraq qəbul edirdilər. Səfər başladısa, dənizçilər geriyə baxmaqdan da qorxurdular. Səfər zamanı saç və dırnaq kəsmək, vedrə və fırça itirmək, pişiyi əsəbləşdirmək, dirəyə at nalı asmaq, qızıl sırğa taxmaq, döymə etdirmək və sağ ayaqla gəmiyə minmək yaxşı əlamətlərdən bəziləriydi.   Bəli, günümüzdə köhnə dənizçilərə aid bu inancların bəziləri tarixə qovuşub. Dirəyin altında pul saxlama, şampan partlatma, dənizə şərab tökmək kimi şans gətirdiyinə inanılan bəzi adətlər isə hələ də müasir dənizçilər arasında yaşayan inanclardandır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır