Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ləcəkdə su üzərində bunları görəcəksiniz –

Bu layihələr fantaziya deyil. Onlar məşhur dizayner, memar və texnoloqlar tərəfindən hazırlanıb.  Bunlardan bəzilərinin fotolarını “Seanews.az” sizə təqdim edir. Suyun üzərində ekopolis Dəniz suyunun qalxma probleminə Vensana Kallebonun “Liliped” adlı eko şəhəri gözəl çözüm oldu. Bu ideal şəhər 50 min nəfərə qədər insanı özündə yerləşdirə bilər. Enerjini küləkdən və günəş istiliyindən alır. O, hətta yağış sularını da toplaya bilir. Bu gəmidə hər kəs üçün iş yerləri, ticarət mərkəzləri, istirahət üçün məkanlar və əyləncələr var. Təbiətlə harmoniya da yaşamaq üçün ən gözəl vasitələrdən biridir. Bumeranq Gəmilər üçün müxtəlif əyləncələri özündə birləşdirən mobil port. Özünün enerji mənbəyi olan bu portu ada da adlandırmaq olar. Supergəmi Zaha Hadid bu gəminin dizaynını sualtı dünyadan ilhamlanaraq yaradıb.  Ekzoskleti xatırladan gəmi həm xarici, həm iç görünüşü ilə insanı heyran edir. İdarə olunan tropik ada London şirkəti “Yacht Island Design”-in yaratdığı möcüzə. Öz şəlaləsi, şəffaf gölü və hətta balaca vulkanı olan gəzən tropik ada Monako küçələri Daha bir “Yacht Island Design”-a məxsus layihə. Lüks gəmi özündə Monakoya məxsus bir neçə məşhur məkanları yaradıb. Bunlar “Otel de Pari”, kazino “Monte-Karlo”, restoran “Kafe de pari” və Monakonun Qran-pri marşrutunu təkrarlayan kartinqdir. Nəhəng şəhər gəmisi Bu “Anlantis II” adında üzən şəhərdir. Onun sahəsi Nyu-Yorkun mərkəz parkının sahəsinə bərabərdir. Onun nəhəngliyi  görənləri təəccübləndirir. Şirin suları təmizləyən yaşıl ada “Fazaliya” adında üzən gəmi bütün çayları və şirin suları təmizləmək məqsədi ilə yaradılıb. Nəqliyyat öz bağlarını təmizləməkdən ötrü biofiltro ilə təchiz olunub. Bundan başqa, ideal yaşıllığı olan bu ada bir çoxlarınız üçün yaxşı “kurort” ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır