Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

logiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görü

Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün əsas davamlı inkişaf meyarlarından biridir. AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan şlamların, işlənmiş yağların, yanacaq, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ekologiyaya zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. Yanvar-iyul aylarının nəticələrinə görə,  Cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 81295.6 ton çirkab məişət-təsərrüfat suyu, 2943.81 ton neftli döşəməaltı su, 50.091 ton yağlı əski, 35,43 ton sintetik propilen buraz qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb. Həmçinin, 45 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 39, 631 ton rezin tullantısı, 113 ədəd yanacaq, 352 ədəd yağ və 172 ədəd hava süzgəcləri, 1,08 ton toner-katric, 250,34 ton keramik qırıntı, 9,0 ton asbest qalığı, 38,56 ton işlənmiş boya qabı və boya tullantıları, 320,37 ton taxta tullantı, 35, 0 ton tibbi tullantı, 99, 52 ton şüşə qırığı, 161, 575 ton sellüloz  tullantısı, 144,348 ton tekstil parça qalığı, 180,319ton polimer əsaslı və plastmas tullantı, 466,536 ton qida qalığı  aidiyyatı üzrə təhvil verib. Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 26,45 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır