Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ər cəsurları, qoçağı d

“Seanews.az” saytı “Dəniz” qəzetinin baş redaktoru Rasif Tahirovun “Sevər cəsurları, qoçağı dəniz” adlı şeirini təqdim edir. Şeir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin dənizçilərinə həsr olunub. *** Bir üzü mülayim, bir üzü sərtdi, Açmaz hər yetənə qucağın dəniz. İgidlik, sədaqət – birinci şərti, Sevər cəsurları, qoçağı dəniz. *** Çəkir səfər boyu dəniz sınağa, Dənizçi hər səfər imtahan verir. Sınaqdan uğurla keçənlərinsə Dənizin gözləri üstədi yeri. *** Dənizdə dalğalar dağa dönəndə, Sahildə dağlar da ehtiyat edər. Çəkilməz gəmilər zərrəcə geri, Gəmilər “dağlar”ın üstünə gedər. *** Heç nə əsirgəməz, verər nəyi var, Həmişə açıqdı əli dənizin. Sevgidən savayı kimdən nə istər? Onunçün uzundu dili dənizin. *** Gəmilər səfərə çıxanda baxın, Sevinci köksünə sığmır dənizin. Gəmisiz, səfərsiz elə darıxır, Bəzən səsi belə çıxmır dənizin.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır