• Bakı, 2020-02-29,
Seanews
Heyder Eliyev

nizçilərin “seanews.az”-a göndərdiyi fot

“Dəniz” qəzetinin online versiyası “Seanews.az”-ın facebook səhifəsində dənizçilərlə birgə yeni layihəyə start verilib. Belə ki, səhifədə dənizçilərin çəkdiyi fotolar qəbul olunur və paylaşılır. Məqsəd dənizçi həyatının maraqlı tərəflərini göstərməkdən ibarətdir. Bu həftənin fotolarını təqdim edirik. İlk şəkili gənc #dənizçilər-dən hazırda Qara dənizdə təcrübə keçən Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi Cavidan Babayev göndərib.  Bu fotonu #seanews-a  paylaşmaq üçün “Koroğlu” gəmisində kapitanın 3-cü köməkçisi  Cabbarov Samir Muzəffər oğlu təqdim edib.  “Caspian Marine Services”in əməkdaşı, “Cəbrayıl” gəmisində 3-cü mexanik işləyən Rəşad Babayev isə #seanews-a belə bir foto göndərib. #seanews-a göndərilən fotolardan biri də “Zığ” Gəmi Təmiri Zavodunun əməkdaşı Tural Əliyevə məxsusdur.  Bu fotonu #seanews-az facebook səhifəsinə Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi Həsən Şabanov göndərib. “Caspian Marine Services”-in əməkdaşı, Kapitanin üçüncü köməkçisi Elvin Hacaliyevin fotosu Siz də çəkdiyiniz  fotolarınızı adınızı və vəzifənizi  yazmaqla saytımızın  facebook ünvanına  göndərə bilərsiz.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır