Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

qol Rallinin iştirakçıları yenidən Bakı Limanındadırlar – V

Dünyanın ən böyük avtomobil macərası olan Monqol Rallinin (Mongol Rally) iştirakçıları yenidən Bakı Limanındadırlar. Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib. Bildirilib ki, hər yay Monqol Ralliyə qoşulan insanlar xeyriyyə məqsədi ilə 10.000 milə yaxın yol qət edirlər.  Bu ilin iştirakçıları dünyanın müxtəlif yerlərindən olan bir qrup gənc İngiltərədən başlayaraq Belçika, Çex Respublikası, Macarıstan, Rumıniya, Türkiyə və Gürcüstandan keçərək Bakı Limanının Əsas Yük Terminalına gəliblər. Bakı Limanından sonra gəmi ilə Türkmənistana yollanacaq səyyahların gedəcəkləri son məkan Monqolustan olacaq. Xatırladaq ki, Monqol Ralli (Mongol Rally) yarışları 2004-cü ildən keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır