Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

midə darıxmamaq üçün faydalı tövsiyə

Gəmi dənizçilər üçün həm iş yeri, həm də evdir. Amma bəzən burda vaxt keçmək bilmir. Xüsusilə,  dənizçiliyə yeni başlayanlar üçün bu hal yaxşı tanışdır. Bəs, gəmi mühitinə daha tez uyğunlaşmaq üçün nə etmək lazımdır? Başqa sözlə, gəmidə asudə vaxtı necə dəyərləndirmək olar? Hazırladığımız siyahıda suala cavab tapacaqsınız. Kitab oxumaq Gəmiyə gedərkən özünüzlə mütləq kitab götürün. Səssiz bir mühitdə, kayutunuzda oxuyacağınız kitab ruhunuzu rahatlaşdıracaq, sizə mənəvi zövq verəcək. Çalışın, kitablar zövqünüzə və maraq dairənizə uyğun olsun. Əks halda, bunun hər hansı effekti olmayacaq.  Gətirdiyiniz kitablar bitdikdə digər həmkarlarınızla mübadilə edə bilərsiniz. Musiqi Yaxşı musiqi duyumu olan dənizçi bir addım öndədir. Təsəvvür edin, dənizin ortasında sevdiyinizin mahnıdan bir parça oxuyursunuz…Bundan başqa, gəmiyə özünüzlə hər hansı maraqlı musiqi aləti də götürə bilərsiniz. Məsləhətimiz klarnetdir. Bu həm rahat daşına bilir, həm də çox yer tutmur. Burda ifaçılıq qabiliyyətinizi xeyli  inkişaf etdirə  bilərsiniz. Film və seriallar Gəmidə günün sonunda gözəl bir film, ya da seriala baxmağı kim istəməz? Bunun üçün səfərə çıxmamışdan öncə gözəl bir arxiv toplayın. Əgər faydalı vaxt keçirmək istəyirsinizsə tövsiyəmizə əməl edin. İdman  Əlbəttə, yorucu bir günün ardından idman etmək istəməyə bilərsiniz. Ancaq nəzərə alın ki, davamlı idmanla məşğul olmağınız sizi ideal bədən quruluşuna sahibləndirəcək. Digər tərəfdən özünüzü daha yaxşı hiss edəcəksiniz. Ümumiyyətlə,  gəmilərdə günləriniz daha əyləncəli keçəcək. Salon mədəniyyəti Yuxarıda saydıqlarımızın hamısı bir yana , salon bir yana …Yalnızlıq Allaha məxsusdur. Salona düşün.. Danışın .. Dinləyin .. Yeni simalar, yeni insanlar, yeni həyatlar.. Unutmayın! Əgər bir adam başqaları ilə bir arada olmağı bacarmırsa, yalnız olmağı da bacarmaz. Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır