Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

nyanın ən çirkli çayı —

Sitarum dünyanın ən çirkli çayıdır. Bu çay İndoneziyanın Yava adasında axır. Əvvələr buranı cənnət torpaqları da adlandırırdılar. Bu gün isə Sitarum çayında zibil əlindən su belə görünmür. “Asian Development Bank”ı  çayın təmizlənməsi üçün 500 milyon dollar ayırmışdı. Sitarum çayının suyu adi sudan min dəfə çirkli sayılır. Ətrafa yayılan zəhərli maddələr ümumilikdə 200 milyon insanın həyatı üçün təhlükə mənbəyidir. Çayın zəhərlənməsinə səbəb torpaqdakı qurğuşun, havaya atılan kimyəvi maddələr və çaylara axıdılan zavod və fabrik tullantılarıdır. İndoneziyada fəaliyyət göstərən iki minə yaxın fabrik sənaye tullantılarını məhz bu çaya axıdır. Əslində bu, böyük fəlakətdir. Çünki Sitarum çayı minlərlə yerli sakin üçün həyat mənbəyidir. Məlumat üçün bildirək ki, Sitarum Yava dasında iki ən böyük çaylardan biridir və Saqulinq gölünə qovuşur. Çayın üzərində İndoneziyanın ən böyük hidroelektrik stansiyası da inşa edilib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır