Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ktəblilər “Xudafərin” gəmisində səyahətə çıxı

Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) orta məktəb şagirdləri üçün Xəzər dənizində gəzinti təşkil edib. Məqsəd yay tətili günlərində uşaqların və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin artırılmasına kömək göstərməkdir.  Təhsildə və idmanda fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə 120 məktəbli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni, müasir “Xudafərin” gəmisi ilə dəniz səyahətinə çıxıb. RİH-in başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla səmimi söhbət edərək dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahətlərinin səmərəli təşkili istiqamətində görülən işləri xüsusi vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıb. Bakı buxtasından paytaxtımızı seyr edən uşaqlar, həm də məharətlərini göstərərək şeir və mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər. Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin  böyük razılıqlarına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır