Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

gün dənizçilərin bayramı

Bütün dənizçiləri təbrik edirik.  Dünya ticarətinin təxminən 90%-lik bir hissəsi dəniz üzərindən gerçəkləşir. Yəni , geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalar, çörəyin hazırlanması üçün lazım olan taxıla qədər hər bir şey gəmilərlə daşınır.   Odur ki, dənizlər və dənizçilər olmasaydı insanların yarısı aclıqdan, yarısı isə soyuqdan ölə bilərdi. Onların həyatımızdakı rolu və önəmi çox böyükdür. Hər zaman dayanıqlı və güclü iqtisadiyyat üçün də dənizçilik sektoru əvəzedilməzdir. Məhz, bu sahənin vacibliyini nəzərə alan İMO ( Beynəlxalq Dəniz Təşkilatı) 2011-ci ildən başlayaraq hər il 25 iyun tarixinin Dünya Dənizçilər Günü  ( Day of The Seafarers)  kimi qeyd olunması təklifini irəli sürüb.   Azərbaycanda isə “Dənizçi Günü” 2014-ci ildən rəsmi şəkildə qeyd olunmağa başlayıb. Belə ki, həmin il iyunun 19-da Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə – “Dənizçi günü” peşə bayramı təsis olunub. “Seanews.az” olaraq bütün dənizçilərimizi bayram münasibəti ilə təbrik edirik. Yolunuz hər zaman açıq olsun, əziz dənizçilər! Yeri gəlmişkən, “Dənizçi Günü” ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də dənizçiləri təbrik edib. Təbrikin mətni ilə BURADAN tanış ola bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır