• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

nizdə çimməyin tarixi nə vaxtdan başlan

Dənizkənarı iqlimin müalicəvi əhəmiyyətini  ilk dəfə  ingilis həkimi Çarlz Rassel sübut edib. O, 1753-cü ildə yazdığı “Bəzi xəstəliklər zamanı dəniz suyundan istifadə” mövzusunda elmi işində bu məsələni konkret faktlarla əsaslandırıb. Həmin vaxt həm də alimin təşəbbüsü ilə  La-Manş sahillərində ilk dəniz hospitalı və ilk dənizkənarı uşaq sanatoriyası açılıb. Hələ qədim zamanlarda dəri xəstəlikləri və yaralar olduğu zaman Hippokrat dənizdə çimməyi məsləhət görürdü. Antik dövrlərdə üzmək gündəlik vərdiş halını almışdı. Buna baxmayaraq, XVIII əsrə qədər çox az adam üzməyi bacarırdı. İlk dəniz çimərliyi Fransada, Normand sahillərində yaradılıb. Bu çimərliyi 1788-ci ildə De Brankas adlı qraf açıb. Düzdür, o zamanlar dənizdə çimmək  dəniz kənarında gəzişmək və ya  topuğa qədər suya girmək anlamına gəlirdi. Sonralar “dalğaların zərbəsi” ilə müalicə ən yaxşı  müalicə üsullarından biri hesab edilməyə başladı.  Beləliklə, dənizdə çimmək ənənəsinin kütləvi əsası qoyuldu. Dəniz kurortları meydana gəldikdən sonra çimərlik paltarı haqqında da düşünülməyə başlanıldı. İlk qadın çimərlik paltarlarına Qədim Roma freskalarında rast gəlinir. Dəniz kənarında günəş altında qaralmağı isə Vestminster hersoqunun yaxtasında istirahət edib, günəş altında qaralan Koko Şanel dəbə salıb. Koko Şanelin narazılığına baxmayaraq bütün qəzetlər durmadan bu haqda yazırdı.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır