Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-09,
Seanews
Heyder Eliyev

Dövlət qurumları arasında keçirilən IV minifutbol turnirində dənizçilər növbəti qələbələrini qazanıblar

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən IV minifutbol turniri davam edir.

B qrupunda mübarizə aparan ASCO-nun futbolçuları IX tur çərçivəsində Əqli Mülkiyyət Agentliyinin komandası ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən mübarizənin sonunda dənizçilərimiz üstünlüyü əldə saxlayaraq 7-5 hesabı ilə qələbə qazanıblar.

Komandımızı təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzulayırıq.

Qeyd edək ki, dövlət qurumları arasında IV minifutbol turnirində 45 komanda çıxış edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır