ASCO gəncləri "Birlikdə Güclüyük" devizi altında bir araya gəliblər - VİDEO
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ASCO-da “Birlikdə Güclüyük” adlı xüsusi təlim-yarış təşkil olunub.
Tədbirdə şirkətin müxtəlif struktur idarələrini təmsil edən 35-dən çox gənc əməkdaş iştirak edib.
Proqram çərçivəsində gənclər həm intellektual biliklərini nümayiş etdirib, həm də çətin tapşırıqların həllinə operativ və strateji düşünmə qabiliyyətlərini sınaqdan keçiriblər.
Dinamik və əyləncəli keçən yarışlarda komandalar qarşıya qoyulan hədəflərə çatmaq üçün birlikdə mübarizə aparıb. Bu isə kollektiv daxilində koordinasiyalı iş prinsipinin daha da güclənməsinə şərait yaradıb.
Yekunda fərqlənən komandalar və iştirakçılar müəyyən edilib, qaliblər ASCO tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
İnsan resurslarının idarə edilməsi departamentinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi gənclər arasında komanda ruhunu daha da möhkəmləndirmək, korporativ ünsiyyət imkanlarını genişləndirmək və onların fərdi bacarıqlarını üzə çıxarmaqdan ibarət olub.

