Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-28,
Seanews
Heyder Eliyev

Türkiyənin məşhur aktyoru Erhan Ufak ilə “Suraxanı” gəmi-muzeyində görüş keçirilib

Azərbaycan Könüllü Təşkilatları İttifaqının “Söhbətchill” layihəsinin növbəti görüşü "Suraxanı" gəmi-muzeyində baş tutub.

Layihənin budəfəki qonağı Türkiyənin məşhur aktyoru Erhan Ufak olub. Onun üçün gəmi-muzeydə ekskursiya təşkil edilib. Erhan Ufak Azərbaycan gəmiçiliyinin tarixi, Xəzər dənizində dənizçilik ənənələri və muzeyin ekspozisiyaları ilə yaxından tanış olub.

Könüllülük fəaliyyətinin təşviqi və gənclərin motivasiyasının artırılması məqsədi daşıyan görüş zamanı aktyor sənət yolu, şəxsi həyat təcrübələri, sosial məsuliyyət və könüllülüyün cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb, gənclərin suallarını səmimi şəkildə cavablandırıb. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Erhan Ufak “Kurtlar Vadisi” serialında Güllü Erhan obrazı ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır