Pentaqon delfinlərin təliminə nə qədər pul xərcləyir?
Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz minalarını və digər sualtı obyektləri axtarmaq üçün delfinlərin və dəniz şirlərinin əhliləşdirilməsi proqramına hər il təxminən 77 milyon dollar xərcləyir.
Oxu.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kentukki ştatından respublikaçı senator Rend Pol məlumat yayıb.
Sənəddə qeyd edilir ki, hərbi idarə Hərbi Dəniz Qüvvələrinin köhnəlmiş və lazımsız dəniz məməliləri proqramına 77 milyon dollar xərcləməyi planlaşdırır. Bu layihəyə 120-dən çox delfin və dəniz şiri iştirak edir. Hərbi Dəniz Qüvvələrinin özünün oxşar funksiyalara malik müasir sualtı dronları olsa da, Pentaqon sözügedən layihəni maliyyələşdirməyə davam edir.
Təxminən 10 il əvvəl Hərbi Dəniz Qüvvələri proqramı mərhələli şəkildə dayandırmağı və heyvanların istismardan çıxarılmasını təklif etsə də, ABŞ Konqresi buna imkan verməyib, buna görə də proqramın hərbi büdcədən maliyyələşdirilməsi davam edir.

