Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-06,
Seanews
Heyder Eliyev

"POSCO" "HMM"-in özəlləşdirilməsində əsas namizəd kimi ön plana çıxır

"POSCO"-nun Cənubi Koreyanın aparıcı konteyner daşıyıcısı "HMM"-də nəzarət payını əldə edə biləcəyi barədə ehtimallar güclənir.

"Seanews.az" xəbər verir ki, bu barədə yerlı mediada məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, "Samil PwC" və "Boston Consulting Group" məsləhətçiləri "POSCO" ilə birlikdə mümkün sövdələşmənin iqtisadi əsaslandırmasını araşdırır. Söhbət dəyəri təxminən 7 trilyon von (5 milyard dollar) həcmində qiymətləndirilən, dövlət kreditorlarının birgə sahib olduğu 71,7%-lik payın satılmasından gedir.

"POSCO" hələlik rəsmi öhdəlik götürməsə də, “biznesin həyata keçirilmə imkanlarını nəzərdən keçirdiyini” təsdiqləyib.

Dövlətə məxsus "Korea Development Bank" uzun illərdir potensial alıcılarla danışıqlar aparır. Daha əvvəl "Hyundai Glovis","LX Pantos" və "SM Line" kimi şirkətlər də iddialı namizədlər sırasında göstərilsə də, real irəliləyiş olmayıb. Qeyd edək ki, POSCO-nun adı 2021-ci ildə də gündəmə gəlmişdi, lakin həmin vaxt müzakirə olunan qiymət bu günkindən təxminən dörd dəfə az idi.

Cənubi Koreya üçün "HMM"-in "POSCO"-ya satışı dövlət idarəçiliyinin on ildən artıq davam edən mərhələsinin başa çatması və ölkənin aparıcı dəniz daşıyıcısının yenidən özəl sektora qaytarılması demək olacaq.

Xatırladaq ki, "HMM" ötən ilin sentyabrında 2030-cu ilədək genişlənmə planlarını açıqlamışdı. Şirkət bu məqsədlə 23,5 trilyon von (17,48 milyard dollar) ayıraraq konteyner donanmasını demək olar ki, iki dəfə, tanker və quru yük donanmasını isə üç dəfə artırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır