Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-04,
Seanews
Heyder Eliyev

IUMI gəmilərdə elektrikli avtomobil yanğınları zamanı partlayış riskinə dair xəbərdarlıq edib

RoRo və RoPax tipli gəmilərdə elektrikli avtomobil yanğınları zamanı partlayış riski mövcuddur.

"Seanews.az" xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Sığortaçıları İttifaqından (IUMI) bildirilib. 

Məlumata görə, elektrikli avtomobillərin batareyaları həddindən artıq qızdıqda və ya nasazlıq yarandıqda öz-özünə alışa bilər. Belə yanğınlar yüksək temperaturda baş verir, söndürülməsi çətin olur və çoxlu miqdarda zəhərli qazlar ayrılır. Bu qazların tərkibində 30 faiz hidrogen olduğu üçün ventilyasiya bağlandıqda göyərtədə toplanaraq partlayış təhlükəsi yarada bilər.

Adətən bu cür hallarda ventilyasiya dayandırılır və yanğın olan hissə sabit CO₂ sistemi ilə doldurulur. IUMI isə bildirir ki, yanğınsöndürmə strategiyası yalnız alovu söndürməyi deyil, həm də partlayıcı qazların təhlükəsiz idarə olunmasını nəzərə almalıdır.

Müasir Ro-Ro gəmilərində geniş və açıq göyərtələr yanğının yayılmasını sürətləndirir. Su ilə soyutma isə avtomobillərin sürüşməsinə və gəminin yırğalanmasına səbəb ola bilər. Buna görə IUMI yalnız sakit hava şəraitində və məhdud miqdarda su istifadəsini tövsiyə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır