Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

Klaipeda limanı tarixində ən iri layihələrdən birinə başlanılır

Litvanın Klaipeda limanın cənub hissəsinin inkişafı üzrə texniki dizayn işlərinə start verilib. Texniki dizayn "Aplan" şirkəti tərəfindən Niderlandın "HaskoningDHV" şirkəti ilə birgə hazırlanır.

"Seanews.az" bu barədə Klaipeda Dövlət Dəniz Limanı İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki. 100 hektarlıq ərazini əhatə edən layihə üçün tikinti icazəsinin bu ilin sonunadək alınacağı gözlənilir.

Dizayn mərhələsi ilə paralel olaraq liman beynəlxalq və yerli terminal operatorlarını, sənaye investorlarını və inkişaf şirkətlərini layihədə iştirak etməyə dəvət edib.  

Layihənin əhatə dairəsinə ən azı 200 metr enində giriş kanalı, gəmilər üçün dönüş meydançası və ən azı 1300 metr uzunluğunda körpü daxildir.

Liman rəhbərliyi bildirib ki, cənub istiqamətində genişlənmə yeni terminalların yaradılmasına və dünyanın ən böyük gəmilərinin qəbuluna imkan verəcək. Planlarda həmçinin 500 ədəd istirahət yaxtasını qəbul edə biləcək yeni yaxt klub da nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır