

Malayziya sularında nəzarətsiz qalan gəmi saxlanılıb
Malayziya hakimiyyəti ötən həftə neft platforması yaxınlığında nəzarətsiz şəkildə sürüklənən naməlum gəmiyə müdaxilə edib.
"Seanews.az" xəbər verir ki, hadisə barədə məlumatı Malayziya Dəniz Təhlükəsizliyi Agentliyi (MMEA) yayıb.
Məlumata görə, gəmi ilk dəfə 12 avqustda aşkar olunub. Əməliyyat nəticəsində gəmi avqustun 15-də uğurla yedəyə alınıb və sahilə doğru istiqamətləndirilib.
Agentlik bildirib ki, texniki nasazlıq səbəbindən idarəsiz qalan gəmi platformaya ciddi təhlükə yaradıb. Vaxtında görülmüş tədbirlər sayəsində hər hansı problem baş verməyib.
Gəmi hazırda təhlükəsizlik yoxlamasından keçirilir, həmçinin onun sahibinin kimliyinin müəyyən olunması üçün araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır