







Xüsusi qayğıya ehtiyacı olan uşaqların "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yaşayan yetkinlik yaşına çatmayan bir qrup benefisiar üçün "Suraxanı" gəmi-muzeyinə ekskursiya təşkil olunub.Ekskursiyanın məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və mədəni-maarifləndirici fəaliyyətlərə cəlb olunmasıdır.
Tur çərçivəsində benefisiarlar Azərbaycanda dənizçilik ənənələri, milli gəmiçilik sənayesinin formalaşması və inkişafı, dənizdə neft hasilatının tarixi ilə yaxından tanış olublar. Uşaqlara “Suraxanı” tankeri, o cümlədən onun dəniz nəqliyyatı sahəsindəki rolu və muzeyə çevrilmə prosesi haqqında ətraflı məlumat verilib.
Ekskursiya iştirakçıları muzeydə nümayiş etdirilən tarixi eksponatlarla tanış olub, müxtəlif vizual və səsli təqdimatlara baxmaq imkanı qazanıblar.