Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-19,
Seanews
Heyder Eliyev

“Taylor Maritime” daha 10 gəmisini sataraq bank borclarını tam ödəyib

“Taylor Maritime Limited” ümumi dəyəri 176,3 milyon ABŞ dolları olan 10 gəmisini satıb.

 “Seanews.az” şirkətin məlumatına istinadən xəbər verir ki, satışlar ədalətli bazar dəyərindən (Fair Market Value – FMV) orta hesabla 1,1 faiz aşağı qiymətlə baş tutub.

Üç gəminin təhvili artıq yekunlaşıb, qalan yeddi gəminin isə 2025-ci ilin dekabrına qədər alıcılara təhvil verilməsi gözlənilir.

Bununla yanaşı, əvvəllər elan edilmiş doqquz gəminin satışının da tamamlandığı və bu satışlardan ümumilikdə 137,3 milyon dollar həcmində gəlir əldə olunduğu bildirilib. Bu vəsaitlər şirkətə bütün bank borclarını tam şəkildə ödəməsinə imkan verib.

Şirkət 2023-cü ilin yanvarından 49 gəmisini satıb. Satışların 22-si təkcə 2025-ci ildə həyata keçirilib.

Sözügedən satışlardan sonra şirkətin fəaliyyətdə olan donanması Yapon istehsalı olan səkkiz gəmidən ibarət olacaq. Bundan əlavə, bir gəmi ortaq müəssisə vasitəsilə saxlanılır, altı gəmi isə kirayə əsasında istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır