Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-10,
Seanews
Heyder Eliyev

Hindistan sahillərində 12 min illik qədim sualtı şəhər aşkarlanıb

Hindistan sahillərində aparılan elmi ekspedisiya nəticəsində dənizin dibində 40 metr dərinlikdə simmetrik daş strukturlar aşkarlanıb. Elm adamları bu tikililərin insan əli ilə yaradıldığını hesab edirlər.

Oxu.az-ın pravda.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Hindistanın Milli Okeanoqrafiya İnstitutunun alimləri apardıqları araşdırmadan sonra bəyan ediblər.

Bildirilir ki, strukturlar Qucarat ştatı yaxınlığında, Ərəbistan dənizində tapılıb. Aşkarlanan platformalar, küçəvari xətlər və dairəvi sahələr qədim şəhər planlamasını xatırladır.

Tədqiqatlara görə, bu obyektlər ən azı 12 000 il əvvəl yaradılıb. Bu isə onları Harappa sivilizasiyasından daha qədim edir.

Şəhərin son buzlaşma dövründən sonra dəniz səviyyəsinin qalxması nəticəsində su altında qaldığı güman edilir. Tapıntılar hind mifologiyasındakı Dvaraka kimi su altında qalmış şəhərləri xatırladır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır