Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

Nabranda ASCO əməkdaşları arasında minifutbol turniri təşkil olunub

ASCO-nun əməkdaşları arasında ənənəvi minifutbol turniri keçirilib.

Turnir bu dəfə Bakıdan kənarda – Nabranda yerləşən “Dənizçi” İstirahət Mərkəzinin təbii ot örtüklü stadionunda baş tutub. Oyunlar ASCO əməkdaşlarının istirahətdə olduqları məkanda keçirildiyinə görə böyük maraqla qarşılanıb və canlı azarkeş dəstəyi ilə müşayiət edilib.

Yarışda ASCO Aparat, Xəzər Dəniz Neft Donanması (XDND), “Bibiheybət” Gəmi Təmiri Zavodu (BGTZ) və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) komandaları təmsil olunublar.

İlk oyun XDND və BGTZ komandaları arasında keçirilib. Görüşdə 4:1 hesabı ilə XDND komandası qalib gəlib və finala yüksəlib. Digər qarşılaşmada ASCO Aparat komandası ilə ZGTTZ komandası üz-üzə gəlib. Bu oyunda isə 4:2 hesabı ilə qalib gələn ZGTTZ komandası final mərhələsinə vəsiqə qazanıb.

Üçüncü yer uğrunda keçirilən görüşdə BGTZ komandası ASCO Aparat komandasına 5:2 hesabı ilə qalib gəlib.

Final qarşılaşmasında isə XDND və ZGTTZ komandaları görüşüb. Həlledici mərhələdə üstün oyun nümayiş etdirən XDND-nin futbolçuları 3:0 hesabı ilə qələbə qazanaraq turnirin çempionu adını qazanıb.

Turnirin sonunda qaliblərə xatirə hədiyyələri təqdim olunub.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə davamlı keçirilən bu kimi idman tədbirləri əməkdaşlar arasında komanda ruhunu gücləndirməklə, sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır