Şanxay limanı konteyner dövriyyəsinə görə liderliyini qoruyub saxlayır
2024-cü ildə Şanxay limanında 51,5 milyon TEU (iyirmi futluq konteynerlər) aşırılıb.
“Seanews.az” liman operatoru “Shanghai International Port Group”-a istinadən xəbər verir ki, bununla liman ardıcıl 15-ci dəfə konteyner dövriyyəsinə görə dünyada birinci yeri tutur.
Ötən ilin göstəricisi 2023-cü il dövriyyəsini demək olar ki, 5% üstələyib. Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə 19% artıb.
Hazırda Şanxay 200-dən çox ölkənin 700-dən çox limanını birləşdirən 350-yə yaxın beynəlxalq marşruta xidmət göstərir. Yerli gömrük idarəsinin məlumatlarına görə, işlənmiş məhsulların idxal və ixracının gündəlik dəyəri orta hesabla 29,8 milyard yuan (təxminən 4 milyard dollar) və ya saatda təxminən 1,24 milyard yuan təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır