Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qazla işləyən gəmilər dünya donanmasının dedveytinin 6%-ni təşkil edir

Hazırda mayeləşdirilmiş təbii qazla (LNG) işləyən gəmilərin sayı dünya donanmasının 2%-dən çoxunu təşkil edir. Sifariş verilən LNG gəmilərini nəzərə alsaq, bu rəqəm gəmilərin sayına görə 4%-ə və ya onların dedveyti baxımından 6%-ə qədər yüksəlir.

“Seanews.az” xəbər verir ki, “SEA-LNG” təşkilatının icmalında belə deyilir.

Məlumata görə, 2010-cu ildə istismarda 21 LNG gəmisi var idi. Onların çoxu kiçik tonajlı idi və ilk növbədə regional əməliyyatları yerinə yetirirdi. Bu gün bütün dünyada mayeləşdirilmiş təbii qazla 590 gəmi istismar edilir. Daha 564 gəminin tikintisi sifariş olunub. Sifariş edilən gəmilər də nəzərə alınsa, 2028-ci ilin sonuna qədər LNG gəmilərinin ümumi sayı 1154 ədəd olacaq.

Bunlara istismarda olan 772 qaz tankeri ilə yanaşı, 2023-cü ilin dekabrınadək sifariş edilən daha 341 gəmini də əlavə etmək olar. Bu o deməkdir ki, dünyada 60 min gəminin 2 mindən çoxunun mühərriki qaz yanacağı ilə işləyir.

Bundan əlavə, “DNV” təsnifat cəmiyyətinə görə, LNG və digər yanacaqlarla işləyən və iki yanacaqlı mühərrikləri olan gəmilər tikilməkdə olan gəmilərin ümumi sayının üçdə birini təşkil edir. Mühərriki qaz yanacağı ilə işləyən gəmilərin tonajı 142,5 milyon tondur ki, bu da 2224 milyon tonluq dünya donanmasının ümumi dedveytinin 6%-i deməkdir.

Hazırda 185 limanda LNG bunker qurğuları var və gələn il bu siyahıya daha 50 liman əlavə olunacaq.

Əgər 2010-cu ildə cəmi bir LNG bunker gəmisi var idisə, indi onların sayı 60-dır, daha 13-ü isə inşa mərhələsindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır