Çinin yeni təyyarədaşıyan gəmisi kosmosdan görünüb
Çin cənubundakı Quandun əyalətində yerləşən “Guangzhou Shipyard International” zavodunda yeni təyyarədaşıyan gəminin tikintisini başa çatdırıb.
"Seanews.az" xəbər verir ki, “Planet Labs”-ın peyk görüntüləri də bunu təsdiqləyir.
“CNN” telekanalının müsahibə aldığı ekspertlər hesab edirlər ki, bu, Çinin okeanoqrafik tədqiqatlar üçün dünyada ilk mülki təyyarədaşıyan gəmisini tikmək cəhdidir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş sualtı gəmisinin komandiri Tomam Şuqart bildirib ki, Çinin yeni təyyarədaşıyan gəmisi “bir qədər qeyri-adi forma və ölçüyə malikdir – Çinin əvvəlki hərbi dəniz təyyarə gəmilərindən xeyli kiçikdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır