Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Asiya bazarında yeni gəmi tikintisinin orta qiyməti 90 milyon dollara çatıb

Asiya bazarında yeni gəmilərin orta qiyməti hazırda 90 milyon dollara çatıb.

Bu barədə “Seanews.az” “Clarkson Research”-in məlumatlarına istinadən xəbər verir.

2024-cü ilin qiymətləri 2022-ci ildə qeydə alınan əvvəlki maksimumdan 30% çox və son onillikdə 50 milyon dollara yaxın olan orta səviyyədən xeyli yüksək olub.

İngilis broker artımı yaşıl texnologiyaların tətbiqi, məhsulun daha yüksək qiymətləri və daha böyük gəmilər üçün müqavilələrin imzalaması ilə əlaqələndirir. Məsələn, bu il sifariş edilən gəminin orta ölçüsü 54 000 qros registr tondur ki, bu da rekord sayılır və 10 illik orta göstəricidən 40% çoxdur. Bununla belə, qaz daşıyıcıları, konteyner gəmiləri və kruiz gəmiləri kimi daha bahalı gəmi növləri bu il sifariş edilən tonajın demək olar ki, 50%-ni təşkil edir.

2024-cü ildə yeni gəmilərin tikintisi sifarişlərində artım müşahidə edilir. İlk 9 ayda sifariş edilmiş tonajın həcmi 93,6 milyon ton təşkil edir ki, bu da artıq bütün 2022 və ya 2023-cü illərin ümumi həcmini üstələyir.

Qeyd edək ki, 2024-cü ildə sifariş edilən tonajın 100 milyon tonu keçəcəyi proqnozlaşdırılsa da, bu, 2007-ci ilin rekordu - 172 milyon tondan hələ çox uzaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır